دومبالان
دومبالان
دوکتور جئری
بیلمیرم ایندییهدک دومبالان یئمیشسینیز یا یوخ؟!.. یئمهسهنیز الینیزدن گئدیب قارینیزا بورجلوسونوز! دومبالان چوخ یئملی، گؤزل قوخولو، گؤبلک چئشیدیدیر. کئچن هفته یولداشلارلا دومبالان چیخارتماغا گئتدیک آنجاق هر ایلکی یئرلری نه قدر چوخ آختاردیقسا او قدر آز تاپا بیلدیک، ائلهبیل دومبالانچیلار دیبینه داش آتمیشدیلار. آخشام باشی آرغین-یورغون، توز-تورپاق ایچینده ائوه قاییتدیقدا کوچهده پروفسور نصرالدینله قارشیلاشدیق. الیمیزدهکی بئل- قازمایا باخا- باخا ماراقلا سوروشدو:
- خئیر اولا یولداشلار!.. هاردان گلیرسیز؟!.. فهلهلیگه گئتمیشدیز؟!...
قاش- قاباقلا:
- یووو... دومبالان چیخارتماغا گئتمیشدیک!- دئدیم.
الیمدهکی توربایا باخدی. گؤزلرینین ایچی گولدو:
- منیم پاییم یادان چیخماسین!..
پرت اولدوم:
- نه پایی!.. سحردن آخشاما اوچ- دؤرد آداما بیر کیلو دومبالان چیخارتمامیشیق.. اولماسا اونودا وئرهک سنه؟!..
پروفسور اؤزونو سیندیرمادان:
- اوچ- دؤرد آداما بیر کیلو چیخارتمیشسیز؟.. بهیم سیز هارایا گئتمیشدیز؟..- دئیه سوروشدو.
- چیمنلره.
-چیمنلره؟!!..سیز قولاغیزین دیبندهکی دومبالانلیغی اؤتوروب او اوزاقلیقداکی چیمنلره گئتمیشسیز؟!!..
چاشیردیم:
- قولاغیمیزین دیبیندهکی دومبالانلیق؟!!
پروفسور یئنه گؤزلرینی الیمدهکی توربایا تیکدی. توربانین آغزینی آچیب قاباغینا توتدوم:
- قولاغیمیزین دیبیندهکی دومبالانلیق هایاندادیر پروفسور؟
الینی توربایا سوخوب ایکی دنه، یورمورتا یئکهلیگینده دومبالان چیخاردیب جیبینه یئرلشدیرهرک بیج- بیج گولدو:
- جمعه گونو مصلّایا باش وورون!!..
Dr.Jery
Bilmirəm indiyədək dombalan yemişsiniz ya yox?!..Yeməsəniz əlinizdən gedib qarnınıza borclusunuz!.. Dombalan çox yeməli, gözəl qoxulu göbələk çeşididir. Keçən həftə yoldaşlarla dombalan çıxartmağa getdik ancaq hər ilki yerləri nə qədər çox axtardıqsa o qədər az tapa bildik, elə bil dombalançılar dibinə daş atmışdılar. Axşam başı arğın- yorğun, toz-torpaq içındə evə qayıtdıqda küçədə professor Nəsrəddinlə qarşılaşdıq. Əlimizədəki bel- qazmaya baxa- baxa maraqla soruşdu:
- Xeyr ola yoldaşlar!.. hardan gəlirsiz?!.. fəhləliyə getmişdiz?!...
Qaş- qabaqla:
- yooo... dombalan çıxartmağa getmişdik!- dedim.
- Mənim payım yadan çıxmasın!..
Əlimdəki torbaya baxdı. Gözlərinin içi gülüdü:
- Nə payı!.. səhərdən axşama üç- dörd adama bir kilo dombalan çıxartmamışıq.. olmasa onuda verək sənə?!..
professor özünü sındırmadan:
- Üç- dörd adama bir kilo dombalan çıxartmışsız?.. bəyəm siz haraya getmişdiz?..- deyə soruşdu.
- Çimənlərə.
- Çimənlərə?!!..siz qulağızın dibindəki dombalanlığı ötürüb o uzaqlıqdaki çimənlərə getəmişsiz?!!..
Çaşırdım:
- Qulağımızın dibindəki dombalanlıq?!!
Professor yenə gözlərini əlimdəki torbaya tikdi. Torbanın ağzını açıb qabağına tutdum:
- qulağımızın dibindəki dombalanlıq hayandadır professor?
Əlini turbaya soxub iki dənə, yurmurta yekəliyində dombalan çıxardıb cibinə yerləşədirərək bic- bic güldü:
- Cümə günü musəllaya baş vurun!!..