قییام!
قییام!
دوکتور جئری
داناباش کندینین پیشنامازی، موللا فرضعلی مکّهیه گئدهجک ایدی. آخشام، مسجیدده ایگنه سالماغا یئر یوخ ایدی. موللا کندلیلرله بیر- بیر حالاللاشاندان سونرا مینبره چیخدی:
- آنلاقلی، قاناجاقلی داناباشلیلار!. بو گئده-گئتده سیزی جاماعات نامازینا سیفاریش ائلهییرم.. سیزدن ایستهییرم من گئدهلی جاماعات نامازینی بوشلامایاسینیز!..
بیری سیفاریش اورتاسینا آتلاندی:
- موللاسیز بیز نئجه جاماعات نامازی قیلا بیلهریک آغا؟!
موللا فرضعلی یول گؤستردی:
- موللا لازیم دئییل! بیر نفر امینه آدام تاپیب پیشناماز ائدین...
مسجیدین قاپیسیندان بیر اوشاق قیشقیردی:
- آغا ماشین گلدی.. ماشین گلدی...
***
ائرتهسی گون، داناباشلیلار گوناورتا نامازینا ییغیشاندا تزه خاطیرلادیلار پیشناماز تاپماییبلار.
کندخودا دئدی:
- امینه آدامی بیز هارادان تاپاق؟!
مشه ایسلامین اوغلو؛ نیظام هامینی آرخایین ائلهدی:
- بیزیم کندده امینه آدام یوخدور کی!!..
داناباشلیلار دوغرولادیلار:
- دوز دئییر!...دوز دئییر!..
قلئیچی مورتوض اؤزونو ساخلایا بیلمهییب نیظاما قاباردی:
- اولان سن نه مایماق آدامسان! نئجه کندده امینه آدام یوخدور؟!
هامی بیر آغیزدان سسلندی:
- کیمدیر بو امینه آدام؟!
قلئیچی مورتوض دؤشونو قاباغا وئردی:
- امینه آرواد!!
- امینه آرواد؟؟
- هه.. رحمتلیک کبلایی خوجاوئردینین آروادی امینه!..
داناباشلیلار اورکلرینده قلئیچی مورتوضو آلقیشلایاراق امینه آروادین ائوینه یؤنلدیلر.
قاپی چالینیجا امینه آرواد اؤزو ائشیگه چیخدی. بویلو- بوخونلو، شیشمان بیر قادین ایدی. بؤلسه ایدیلر، ایکی-اوچ موللا فرضعلی چیخاردی بیلهسیندن. کندخودا قاباغا کئچیب اولانلاری آنلاتدیقدان سونرا آرتیردی:
- داناباشدا سیزدن باشقا امینه یوخدور. دیلگیمیز بودور گلیب پیشنامازیمیز اولاسینیز.
امینه آرواد نازلانماغا باشلادی:
- آخی اوتانیرام!.. یوخ اولماز!.. نه دئیرلر؟!...
امینه آروادین ترهزی گؤتو یئره وورماسینی گؤرون دوکتور جئری، جاماعاتی یارا-یارا قاباغا کئچدی:
- امینه خانیم! موللانین سؤزو، آللاهین سؤزودور. سیز آللاهین سؤزوندنمی چیخماق ایستهییرسینیز؟
امینه آرواد لؤک دوداغینی دیشلهیهرک دئدی:
- استغفرالله... استغفرالله...
***
قیرخ گون اولمامیش موللا فرضعلی آللاه ائویندن قاییتدی. اؤپوش- گؤروشدن سونرا اوزونو داناباشلیلار توتوب سوروشدو:
- اومودوم آللاها سیفاریشیمی اونوتمامیشسینیز؟
کندخودا شست ایله قاباغا کئچدی:
- سیز گئدندن، اول آللاه بیر دان بئله اولسون جاماعات نامازیمیزی ترک ائلهمهمیشیک.
موللا سئویندی:
- ساغ اولون..ساغ اولون.. پیشنامازینیز کیم ایدی؟ ایستهییرم اوندان دا بیر اؤزل تشکّور ائلهیم.
- امینه آرواد.
موللانین گؤزلری بؤیودو. ایکی الی ایله باشینا تاپدادی:
- نه!.. امینه آرواد؟!!
-...
کندخودا باشی ایله اونایلادی.
موللا اؤفکه ایله جاماعاتی دانلاماغا باشلادی:
- بهیم سیز بیلمیردینیز آرواد دالیندا ناماز قیلماق اولماز، باطیلدیر؟!
هامی باشینی آشاغی سالدی. کئفلی ایسکندر آلتدان- آلتدان موللانی سوزه- سوزه دئییندی:
- آغا من ائله اوّل گوندن بیلدیم نامازیمیز باطیلدیر آنجاق اوتاندیم دئییم!..
موللانین چاتیق قاشلاری آچیلدی:
- هه! .. اوغلوم ایسکندر سن هارادان بیلدین ناماز باطیلدیر؟
کئفلی ایسکندر گؤزلرینی یئره دیکهرک میزیلدادی:
- آغا اورادان بیلدیم کی؛ امینه آرواد سجدهیه گئدنده منیمکی قییام ائدیردی!...
Qiyam!
Dr.Jery
Danabaş kəndinin pişnamazı, Molla Fərzəli məkkəyə gedəcək idi. Axşam, məsciddə iynə salmağa yer yox idi. Molla kəndlilərlə bir- bir halallaşandan sonra minbərə çıxdı:
- Anlaqlı, qanacaqlı Danabaşlılar!. bu gedə-getdə sizi camaat namazına sifariş eləyirəm.. sizdən istəyirəm mən gedəli camaat namazını boşlamayasınız!..
Biri sifariş ortasına atlandı:
- Mollasız biz necə camaat namazı qıla bilərik ağa?!
Molla fərzəli yol göstərdi:
- Molla lazım deyil! bir nəfər əminə adam tapıb pişnamaz edin...
Məscidin qapısından bir uşaq qışqırdı:
- Ağa maşın gəldi.. maşın gəldi...
***
Ertəsi gün, Danabaşlılar günorta namazına yığışanda təzə xatırladılar pişnamaz tapmayıblar.
Kəndxuda dedi:
- Əminə adamı biz haradan tapaq?!
Məşə Islamın oğlu; Nizam hamını arxayın elədi:
- Bizim kənddə əminə adam yoxdur ki!!..
Danabaşlılar doğruladılar:
- Düz deyir!...düz deyir!..
Qəleyçi Murtuz özünü saxlaya bilməyib Nizama qabardı:
- olan sən nə maymaq adamsan! necə kənddə əminə adam yoxdur?!
Hamı bir ağızdan səsləndi:
- Kimdir bu əminə adam?!
Qəleyçi murtuz döşünü qabağa verdi:
- Əminə arvad!!
- Əminə arvad??
- Hə.. rəhmətlik kəblayı xocaverdinin arvadı Əminə!..
Danabaşlılar ürklərində Qəleyçi murtuzu alqışlayaraq Əminə arvadın evinə yönəldilər.
Qapı çalınıca Əminə arvad özü eşiyə çıxdı. Boylu- buxunlu, şışman bir qadın idi. Bölsə idilər, iki-üç Molla fərzəli çıxardı biləsindən. Kəndxuda qabağa keçib olanları anlatdıqdan sonra artırdı:
- Danabaşda sizdən başqa əminə yoxdur. Diləyimiz budur gəlib pişnamazımız olasınız.
Əminə arvad nazlanmağa başladı:
- Axı utanıram!.. yox olmaz!.. nə deyərlər?!...
Əminə arvadın tərəzi götü yerə vurmasını görün Doktor Ceri camaatı yara-yara qabağa keçdi:
- Əminə xanım! Mollanın sözü, Allahın sözüdür. siz Allahın sözündənmi çıxmaq istəyirsiniz?
Əminə arvad lök dodağını dişləyərək dedi:
- Əstəğfurullah... əstəğfurullah...
***
Qırx gün olmamış Molla Fərzəli Allah evindən qayıtdı. Öpüş- görüşdən sonra üzünü Danabaşlılar tutub dedi:
- Umudum Allaha sifarişimi unutmamışsınız?
Kəndxuda şəst ilə qabağa keçdi:
- Siz gedəndən, Əvvəl Allah bir dan belə olsun camaat namazımızı tərk eləməmişik.
Molla sevindi:
- Sağ olun..sağ olun.. pişnamazınız kim idi? istəyirəm ondan da bir özəl təşəkkür eləym.
- Əminə arvad.
Mollanın gözləri böyüdü. iki əli ilə başına tapdadı:
- Nə!.. Əminə arvad?!!
-...
Kəndxuda başı ilə onayladı.
Molla öfkə ilə camaatı danlamağa başladı:
- Bəym siz bilmirdiniz arvad dalında namaz qılmaq olmaz, batildir?!
Hamı başını aşağı saldı. Kefli Iskəndər altdan- altdan Mollanı süzə- süzə deyindi:
- Ağa mən elə əvvəl gündən bildim namazımız batildir ancaq utandım deyim!..
Mollanın çatıq qaşları açıldı:
- Hə! .. oğlum iskəndər sən haradan bildin namaz batildir?
Kefli iskəndər gözlərini yerə dikərək mızıldadı:
- ağa oradan bildim ki; Əminə arvad səcdəyə gedəndə mənimki qiyam edirdi!...
تاريخ : جمعه 26 دی 1393 | یازار : دوكتور جئري
سیزین نهیه تعصّوبونوز وار؟
سیزین نهیه تعصّوبونوز وار؟
دوکتور جئری
بیرینین ائششگی ایتمیشدی. چؤل- باییری آختاریب تاپما بیلمهدیکده مسجیده گئدیب موللانصرالدینه دئییر:
- جاماعاتدان سوروشون منیم ائششگیمی گؤرن اولوبمو؟
موللا نامازی قیلاندان سونرا جاماعاتدان سوروشور:
- سیزین یاشامدا نهیه تعصّوبونوز، باغنازلیغینیز وار؟
بیری قالخیب دئییر: یوردا. او بیری دئییر: ائله. آیریلاری دئییرلر: دیله، دینه، ناموسا،....
هره بیر شئی دئییر. سونوندا اوچ- دؤرد نفر قالیر. بونلار دئییرلر: بیزیم هئچ نهیه تعصٌوبوموز یوخدور!
موللا ائششگ آختارانی سسلهییب دئییر:
- آی ائششگ ایتیرن! بوردا اوچ- دؤرد ائششگ وار؛ گل، باخ گؤر هانکیسی سنیندیر؟!
?Sizin nəyə təəssübünüz var
Dr.Jery
Birinin eşşəyi itmişdi. Çöl- bayırı axtarıb tapma bilmədikdə məscidə gedib Molla Nəsrəddinə deyir:
- Camaatdan soruşun mənim eşşəyimi görən olubmu?
Molla namazı qılandan sonra camaatdan soruşur:
- Sizin yaşamda nəyə təəssübünüz, bağnazlığınız var?
Biri qalxıb deyir: Yurda. O biri deyir: Elə. Ayrıları deyirlər: Dilə, dinə, namusa,....
Hərə bir şey deyir. Sonunda üç- dörd nəfər qalır. bunlar deyirlər: Bizim heç nəyə təəssübümüz yoxdur!
Molla eşşək axtaranı səsləyib deyir:
- Ay eşşək itirən! Burada üç- dörd eşşək var; gəl, bax gör hankisi sənindir?!
تاريخ : جمعه 19 دی 1393 | یازار : دوكتور جئري
اینسان حاقلاری خورجوندادیر!
اینسان حاقلاری خورجوندادیر!
دوکتور جئری
1
بیر گون موللا نصرالدین ائششگینی ساتماق اوچون بازارا آپاریر. یولدا ائششگین قویروغو پالچیغا بولاشیر. موللا، " اولا بیلر، بونون اوزوندن ائششگی آشاغی آلالار!" دئیه دوشونرک قویروغو کسیب خورجونا قویور. بازاردا موشتریلر قویروغو یوخ ائششگی گؤردوکده دئییرلر:
- یاخشی ائششکدیر، نه یازیق قویروغو یوخدور!
موللا دئییر:
- سیز ائششگین قیمتینی کسین، قویروق خورجوندادیر!
2
فارسلارین بیر مثلی وار؛ چوخ دوشوندوروجودور: " خرِ ما از کرهگی دُم نداشت". یعنی: ائششگیمیزین قودوقلوقدان قویروغو یوخایدی.
2+1
ایران، اینسان حاقلارینین اولمادیغینا سوچلاندیقدا سوروملولار جلد تپکی گؤستریرلر:
- اؤلکهده اینسان حاقلاری وار، لاپ یاخشیسی دا وار!
- هانی بیز نییه گؤرموروک؟- دئیه سوروشولدوقدا، مثللرینی اونوتموش کیمی،
- آنایاسادیر!- دئییرلر.
Insan haqqları xurcundadır!
Dr.Jery
1
Bir gün Molla Nəsrəddin eşşəyini satmaq üçün bazara aparır. Yolda eşşəyin quyruğu palçığa bulaşır. Mulla, " ola bilər, bunun üzündən eşşəyi aşağı qiymətə alalar!" deyə düşünrək quyruğu kəsib xurcuna qoyur. Bazarda müştərilər quyruğu yox eşşəyi gördükdə deyirlər:
- Yaxşı eşşəkdir, nə yazıq quyruğu yoxdur!
Molla deyir:
- Siz eşşəyin qiymətini kəsin, quyruq xurcundadır!
2
Farsların bir məsəli var; çox düşündürücüdür: " xər-e ma əz korrəgi dom nədaşt". yəni: eşşəyimizin qoduqluqdan quyruğu yox idi.
1+2
Iran, insan haqqlarının olmadığına suçlandıqda sorumlular cəld təpki göstərirlər:
- Ölkədə insan haqqları var, lap yaxşısı da var!
- Hanı biz niyə görmürük?- deyə soruşulduqda, məsəllərini unutmuş kimi,
- Anayasadır!- Deyirlər.
آدام اولماق ایستهمیرم!
آدام اولماق ایستهمیرم!
دوکتور جئری
شئخیمیزین اوغلو شهرام اوچ ایل ایدی أیری- بوروق ایدارهسینه سوخولموشدو؛ (داها دوغروسو سوخدورولموشدو) هله آدام اولمامیشدی.
شئخیمیز اوتاقدا وار- گل ائدهرک دئیینیردی:
- میرزه حبیبین اوغلو آدام اولدو!..شیخ آغانین اوغلو آدام اولدو!..حاجی ایسلامین اوغلونون آدی نهدیر؟!..
شهرام میزیلدادی:
- حوججت!..
- هه.. حوججت!.. بورنونو چکمهیی باجارمیردی.. ایندی باخ!.. بیر ایل اولماز ایدارهیه سوخولوب آیاغینین آلتیندا اوچ یوز میلیونلوق ماشین وار ، شهرین باشیندا بیر میلیاردلیق ائو آلیب... بؤیوک بیر آدام اولوب.. بیلمیرم سن اورادا نه غلط دارتیرسان؟!..
شهرام باشینی آشاغی سالدی:
- آتا.. واللاه بیللاه ایدارهده، ایت الیندن سوموک گمیرمک اولمور!..
شئخیمیز بو یانیتدان کؤپوردو:
- دئگینن چیخاریم یوخدور!.. دئگینن الیمدن گلمیر!.. دئگینن...
شهرام یئریندن داشلاندی، اوتاقدان چیخا-چیخا:
- آتا.. من آدام اولماق ایستهمیرم..ال چکین! - دئییب قاپینی چیرپدی.
Adam olmaq istəmirəm!
Dr. Jery
Şeyximizin oğlu Şəhram üç il idi Əyri- buruq idarəsinə soxulmuşdu; (daha doğrusu soxdurulmuşdu) hələ adam olmamışdı.
Şeximiz otaqda var- gəl edərək deyinirdi:
- Mirzə Həbibin oğlu adam oldu!..Şıx Ağanın oğlu adam oldu!..hacı İslamın oğlunun adı nədir?!..
Şəhram mızıldadı:
- Hüccət!..
- Hə.. Hüccət!.. burnunu çəkməyi bacarmırdı.. indi bax!.. bir il olmaz idarəyə soxulub ayağının altında üç yüz milyonluq maşın var , şəhərin başında bir milyardlıq ev alıb... böyük bir adam olub.. bilmirəm sən orada nə qələt dartırsan?!..
Şəhram başını aşağı saldı:
- Ata.. vallah billaə idarədə, it əlindən sümük gəmirmək olmur..
Şeximiz bu yanıtdan köpürdü:
- Deginən çıxarım yoxdur!.. deginən əlimdən gəlmir!.. deginən...
Şəhram yerindən daşlandı, otaqdan çıxa-çıxa:
- Ata.. mən adam olmaq istəmirəm..əl çəkin! - Deyib qapını çırpdı.
تاريخ : پنجشنبه 4 دی 1393 | یازار : دوكتور جئري