پورتاغال نمنهدیر؟!
پورتاغال نمنهدیر؟!
دوکتور جئری
اؤیرتمن بالاجا یاشاردان سوروشدو:
- اوغلوم! دئ گؤروم؛ ایکی پورتاغال ایله ایکی پورتاغال نئچه پورتاغال ائدر؟
یاشار چاشیردی:
- آغا موعللیم ! پورتاغال نمنهدیر؟!
اؤیرتمن اودقوندو. نسه دئمک ایستهدی؛ دئمهدی. دئدی:
- اوغلوم، پورتاغالی بوراخ! دئ گؤروم ایکی سانتریفوژ ایله ایکی سانتریفوژ نئچه سانتریفوژ ائدر؟
یاشار بارماغینی قالدیراراق:
- آغا ایجازه! دؤرد سانتریفوژ ائدر!- دئیه یانیتلادی.
Portağal nəmənədir?!
Dr.Jery
Öyrətmən balaca Yaşardan soruşdu:
- Oğlum! de görüm; iki portağal ilə iki portağal neçə portağal edər?
Yaşar çaşırdı:
- Ağa müəllim ! portağal nəmənədir?!
Öyrətmən udqundu. Nəsə demək istədi;demədi. Dedi:
- Oğlum, portağalı burax! de görüm iki santrifüj ilə iki santrifüj neçə santrifüj edər?
Yaşar barmağını qaldıraraq:
- Ağa icazə! dörd santrifüj edər!- Deyə yanıtladı.