اۇشاغا كيم آد قوْيمالێ‌دێر؟!

اۇشاغا كيم آد قوْيمالێ‌دێر؟!

دوكتور جئري

 

-‌ سردار..

-‌ يوْخ.. اميرمحمدعلي..

-‌ فرمان..فرمان قوْيۇن..

-‌ افشينننن..

-‌ ياشاررررر...

- ...

     اۇستاد دفتري‌نين نوه‌سي‌نين آد قوْيما تؤره‌ني ايدي. ائل-طايفا يێغێشێب اۇشاغا آد سئچمكده‌ايدي. هره بير آد اؤنه‌ريب اؤزۆنو اۇشاغا آد قوْيماقدا حاقلێ سانێردێ. كيمسه‌ ايسه كيمسه‌نين سؤزۆنۆ دينله‌مك ايسته‌ميردي. يازێق اۇشاق نئچه ساعات ايدي هاي-كۆي ايچينده  آدێنێ گؤزله‌ييردي..  ايش پێرتلاشاجاق ايدي. هر آغێزدان بير هاوا چێخێردي. بوْش دارتێشمالارا سوْن وئرمك گره‌كيردي؛ آياغا قالخدێم:

-‌ آغالار!..خانێملار!.. بير دقيقه ايجازه وئرين..

چێغێر-باغێر گئت‌گئده كسيلدي...

-‌  آغالار!..خانێملار...ايسته‌ييرسينيز بيله‌سينيز كيم گره‌ك اۇشاغا آد قوْيسۇن؟!

اۇستاد دفتري يئرينده ديكلندي، قوْناقلار:

-‌ يوْْوْوْخ!...- دئديلر.

بارماغێملا اۇستاد دفتريني گؤسته‌ره‌رك- اۇستاد دفتري‌نين گؤزلري‌نين ايچي گۆلدۆ- دئديم:

-‌ اۇستادێن ديوار بير قوْنشۇسۇ!!

اۇستاد دفتري پرت اوْلدۇ:

-‌ سنينده مێرتێ‌نێن باشێ يارێم دێر هااا!..-‌دئدي.

هامێ گۆلۆشدۆ...

-‌ يوْخ..يوْخ... ظارافات ائله‌ميرم  اۇستاد، دۆز دئييرم...

سوْنرا اۆزۆمۆ قوْناقلارا تۇتۇب سوْرۇشدۇم:

-‌ بيز تۆرك دئييليك‌مي؟

هامێ سس سسه وئره‌رك:

-‌  نييه تۆركۆك..

-‌ ديليميز تۆركۆ دئييل‌مي؟

-‌ نييه تۆركۆدۆر...

راحات بير نفس چكيب سؤزۆمۆن آرديني تۇتدۇم:

-‌  بيز تۆرك اوْلا-اوْلا..ديليميز تۆركۆ اوْلا-اوْلا.. ديوار بير قوْنشۇمۇز فارسلار، او تايدا ايسه رۇسلار بيزه، ديليميزه آذري آدێ قويمايێبلارمێ؟!

كيمسه‌دن سس چێخمادێ آنجاق باش‌ ايله اوْنايلايانلار اوْلدۇ.

-‌  دۆزۆنۆ دئيين؛ بيز اؤزومۆزۆ هر يئرده قونشولاريميزين قۇيدۇغۇ آدلا تانێتدێرمايێرێق‌مێ؟!

-‌....

-‌ ميللتيميزه، قوْنشو ميللتلر آد قوْيان يئرده، بللي‌دير؛ اوشاغێمێزدا ديوار بير قوْنشۇمۇز آد قويمالێ‌دێر... بئله‌ دئييل‌مي؟!..

يئنه كيمسه‌دن سس چێخمادێ. اۇستاد دفتري دالغێن-دالغێن اوْغلۇنۇ يانێنا چاغێرێب نمنه‌لر قۇلاغێنا پێچێلدادێ. اوْغلان جلد ائشيگه چێخێب آز سوْنرا گئري دؤندۆ:

-‌ اۇشاغێن آدێ سئچيلدي!...

قوْناقلار بيرليكده:

-‌ آدێ نه اوْلدۇ؟!

-‌ عجم

     اۇستاد دفتري‌نين ديوار بير قوْنشۇسۇ كۆرد اولمالێ ايدي!...

 

Uşağa kim ad qoymalıdır?!

 

Dr.Jery

 

- Sərdar..

- yox.. Əmirməhəmədəli..

- Fərman..Fərman   qoyun..

- Əfşinnnn..

- Yaşarrrrr...

- ...

     Ustad dəftərinin nəvəsinin ad qoyma törəni idi. el-tayfa yığışıb uşağa ad seçəməkədəayədi. hərə bir ad önərib özünü uşağa  ad qoymaqda haqlı sanırdı. kimsə isə kimsənin sözünü dinləmək istəmirdi. yazıq uşaq neçə saat idi hay-küy içində adını gözləyirdi.. iş pıtrlaşacaq idi. hər ağızdan bir hava çıxırdı. boş dartışmalara son vermək gərəkirdi; ayağa qalxdım:

- ağalar!.. xanımlar!.. bir dəqiqə icazə verin..

çığır-bağır get gedə kəsildi...

- ağalar!..xanımlar...istəyirsiniz biləsiniz kim gərək uşağa ad qoysun?!

Ustad dəfətəri yerində dikləndi, qonaqlar:

- yooox!...- dedilər.

barmağımla Ustad dəfətərini göstərərək- Ustad dəfətərinin gözlərinin içi güldü- dedim:

- Ustadın divar bir qonşusu!

Ustad dəftəri pərt oldu:

- sənində mırtının başı yarımdır haaa!..-dedi.

hamı gülüşdü...

- yox..yox... zarafat eləmirəm Ustad, düz deyirəm...

sonra üzümü qonaqlara tutub soruşdum:

- biz Türk deyilikmi?

hamı səs səsə verərək:

- niyə Türkük..

- dilimiz Türkü deyilmi?

- niyə Türküdür...

rahat bir nəfəs çəkib sözümün ardını tutdum:

- biz Türk ola-ola..dilimiz Türkü ola-ola.. divar bir qonşumuz Farslar, o tayda isə Ruslar bizə, dilimizə Azəri adı qoymayıblar mi?!

kimsədən səs çıxmadı ancaq baş ilə onaylayanlar oldu.

- düzünü deyin; biz özümüzü hər yerdə qonşularımızın qoyduğu adla tanıtdırmayırıq mi?!

-....

- millətimizə, qonşu millətlər ad qoyan yerdə, bəllidir; uşağımızda divar bir qonşumuz ad qoymalıdır... belə deyilmi?!..

yenə kimsədən səs çıxmadı. Ustad dəfətəri dalğın-dalğın oğlunu yanına çağırıb nəmnələr qulağına pıçıldadı. oğlan cəld eşiyə çıxıb az sonra geri döndü:

- uşağın adı seçildi!...

qonaqlar birlikdə:

- adı nə oldu?!

- Əcəm

Ustad dəftərinin divar bir qonşusu Kürd olmalı idi!...

 تاريخ : جمعه 11 مهر 1393 | یازار : دوكتور جئري






نظرات:


متن امنیتی

گزارش تخلف
بعدی